Ağaevli Əli Hacı : -  Yeridim

Ədəbiyyat 13:05 / 17.07.2025 Baxış sayı: 904

Yeriməyə qoymadılar,

Od içində köz yeridim !

Ayaqlarım yol bilmədi,

Yaxın,uzaq göz yeridim !

 

Haqqa açıq qaldı qapım,

Mənimə yol saldı qapım!

Ağa,ağsaqqaldı qapım

Ağrılara düz yeridim !

 

Kəsdilər əlim olmadı,

Yel yedi,külüm olmadı !

Bu ölüm,ölüm olmadı

Kitab-kitab söz yeridim !