Adil Şirin : - Bir daha sənə zəng eləmərəm

Bir daha sənə zəng eləmərəm,
Bir daha, bir daha, bir daha...
Sevirəm deyib aldatma məni,
Sevirəm deyib batma günaha.
Get, xoşbəxt ol, xoşbəxt ol,
Əlvida, əlvida, əlvida...
Burdan o yana ayrılır bu yol,
Əlvida, əlvida, əlvida...
Bir daha, bir daha, bir daha,
Sevirəm deyib batma günaha...
Unut məni, unut məni,
Bir daha yoluna çıxmaram sənin.
Bir də baxmaram mən o gözlərə,
Bir daha əlini sıxmaram sənin.
Bir də bu şəhərdə arama məni,
Bu qərib şəhərdə çıxma qarsıma.
Ömrümə, günümə qarışma bir də,
Bir də mənim taleyimə qarışma...
Get, xoşbəxt ol, xoşbəxt ol,
Əlvida, əlvida, əlvida.
Burdan o yana ayrılır bu yol,
Əlvida, əlvida, əlvida...
Bir daha, bir daha, bir daha,
Sevirəm deyib batma günaha...