Yenisəs.az AzTV-yə istinadən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq hadisə yerində işlərini başa çatdırıblar. Məlumata görə, bu gün saat 12 radələrində azyaşlı bacı və qardaş - Xəlilli Məryəm və Xəlilli Orxanın cəsədləri dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, erməni terroru nəticəsində dünən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlı olmaqla 13 nəfər həlak olub, 48 dinc sakin isə yaralanıb