XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Ermənilər kaset bombalardan istifadə edir
MƏMLƏKƏT 07:44 / 19.10.2020
Ermənistan tərəfidən kaset sursatlardan istifadə edilməsi ilə bağlı beynəlxalq təşkilatlara həm yazılı şəkildə, həm də mətbuat vasitəsilə müraciət edilib.

Yenisəs.az Teleqraf.com-a istinadən xəbər vereir ki, bunu keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

İ.İsayev qeyd edib ki, kaset sursatlar qadağan edilmiş sursatlar hesab edilir:

"Dünya miqyasında kaset silahların atışı qadağan edilib. Lakin düşmən tərəfindən Goranboy, Yevlax və Ağcabədi rayonları ərazisində bu cür bombacıqların atıldığını müəyyən etmişik. 1143 ədəd bu cür bombacıq aşkar edilərək götürülüb".

İ.İsmayılov əlavə edib ki, hazırda Sitalçay ərazisinə düşən S-300 raketinin qalıqlarının götürülməsi üçün işlər aparılır:

"Bu, qadağan olunmuş silahdır. Dünya miqyasında kasset silahlarının mülki əraziyə atılması qadağa edilib. Bu raketin əraziyə düşməsi nəticəsində xəsarətlə nəticələnın hər hansı bədbəxt hadisə baş verməyib".


4603 oxunub

InvestAZ