XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022



“Asılı olma azad ol” layihəsi çərçivəsində hazırlanan zvm.az saytı oxucuların istifadəsinə verildi
MƏMLƏKƏT 16:15 / 14.10.2020

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Zərərli Vərdişlərə Qarşı” ictimai birliyinin təşkilatçılığı ilə "Asılı olma azad ol" layihəsi həyata keçirilir.

Layihənin məqsədi, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyilliliyinin qarşısını almaq üçün onlara narkotik maddələrin, siqaretdən istifadənin və akoqollu içkilərin insanın ruh və bədən sağlamlığına vurduğu zərələrləri elmi əsaslarla izah etməkdir. Cəmiyyətimiz üçün ən böyük bəlalardan biri olan narkomaniyanın, siqaretdən istifadənin və alkoqollu içikilərə meyilliliyin kimi zərərli vərdişlərin təhlükəsindən uşaqlarımızı qorumaqdır.

Layihə çərçivəsində "Tütünsüz həyat” və "Həyatımızda tütünə yox deyək” adlı video roliklər hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Bundan əlavə "Siqaretdən uzaq dur adlı kitab” və buklet çap olunmuşdur. İbtidai, orta və yuxarı sinif şagirdlərinin istifadəsi üçün çox faydalı və müxtəlif məlumatları özündə əks etdirən zvm.az adlı sayt yaradılmışdır.

Çap edilmiş kitab və bukletlər Firidun bəy Köçərli adına Respublika uşaq kitabxanasına verilmişdir. Onlarda öz növbəsində respublikada yerləşən uşaq kitabxanalarına həmin kitabları göndərmişlər.


5721 oxunub

InvestAZ