XƏBƏR LENTİ
23 May 2022
22 May 2022
21 May 2022
21:38



Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralandı - RƏSMİ
MƏMLƏKƏT 10:31 / 15.09.2020

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.


7774 oxunub

InvestAZ