XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Azərbaycanda pulsuz vaksinin kimlərə vurulacağı bəlli oldu
MƏMLƏKƏT 16:37 / 03.09.2020

Payız mövsümündə 4 valentli qrip vaksinləri risk qrupunda olanlara pulsuz vurulacaq.

Vaksinin qiyməti hələlik məlum deyil.

Könüllü vaksinasiya olmaq istəyənlər üçün müəyyən məbləğ tətbiq olunacaq.

Bildirilir ki, 65 yaş və ondan yuxarılar, xroniki böyrək çatışmazlığı, ürək-qan damar sistemi xəstələri, diabetiklər və hamilələr, astma, xroniki ağciyər xəstələri olanlar risk qrupuna daxildir.

Qeyd edək ki, sonuncu brifinqdə TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov payız mövsümündə 4 valentli qrip vaksinlərinin tətbiq ediləcəyini demişdi. O bildirmişdi ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır: "Azərbaycana vaksin gətirildikdən sonra hər kəsə məlumat veriləcək. Risk qrupunda olanların vaksinasiyası tövsiyə olunur".


8120 oxunub

InvestAZ