Rusiyalı alimlər "Ordu-2020” forumunda havada olan virusları, o cümlədən COVID-19-u müəyyən edən tibbi-bioloji cihaztəqdim ediblər.
Bu barədə "RİA Novosti”yə Zverev adına Krasnoqorsk zavodunun baş direktoru Aleksandr Novikov məlumat verib.
Aparatın N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzi ilə birlikdə hazırlandığı qeyd olunur.
O da vurğulanıb ki, cihazın dövlət sınaqları iyun ayında başa çatıb və artıq onun sertifikatı hazırlanır.