XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Kim Çen In ölkədə it saxlamağı qadağan etdi
Maraqli 09:47 / 18.08.2020

Şimali Koreya hakimiyyəti vətəndaşları ev itlərini kapitalizm rəmzi olduğu üçün təhvil verməyə məcbur edir.

Bu barədə "Daily Mail” məlumat yayıb.

İyul ayında Şimali Koreya lideri Kim Çen In it sahibi olmağın indi qanun pozuntusuolduğunu elan edib. O, ev itlərini "burjuaziya ideologiyasının korlanmış trendi” adlandırıb.

Heyvan sahibləri itlərinin ölkənin ərzaq qıtlığını aradan qaldırmaq üçün istifadə olunacağından qorxurlar.

Qeyd olunur ki, ölkədə ev itləri zorla sahiblərindən alınır, bəziləri zooparklara göndərilir, bəziləri isə it əti restoranlarına verilir.



8773 oxunub

InvestAZ