XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Ölkədə QİÇS-ə yoluxanların sayı açıqlandı
MƏMLƏKƏT 17:49 / 12.08.2020

2020-ci ilin ilk altı ayı ərzində ümumilikdə 279 yeni İİV-ə yoluxma halı qeydə alınıb. Onların 273-ü Azərbaycan, 6 nəfəri xarici ölkə vətəndaşıdır.

Bunu açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. Natiq Zülfüqarovun sözlərinə görə, qeydiyyata alınanların 67 faizini kişi, 33 faizini isə qadınlar təşkil edir:

"Ümumilikdə İİV-lə yaşayan insanların sayı 7060 nəfərdir. Onlardan 1833 nəfəri QİÇS mərhələsində olanlardır. İİV-ə yoluxanların 40,3 faizi narkotik istifadəçiləridir. Son 6 ay ərzində nikaha daxil olmaq istəyən şəxslər arasında 13791 müayinə həyata keçirilib. Onlardan 26 qan nümunəsində ilkin olaraq İİV infeksiyası aşkarlanıb”.


8486 oxunub

InvestAZ