XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



İstidə spirtli içki içməyin ziyanları - XƏBƏRDARLIQ
Maraqli 15:50 / 20.07.2020

Elm adamlarının fikrincə, havanın tempraturu 35 C-dən yüksək olduğu təqdirdə spirtli içki içmək sağlamlıq üçün təhlükəlidir.

Narkoloq-həkim Anton Poddubnının sözlərinə görə, hava isti olduğu zaman orqanizm əksinə işləyir. Ürək-damar sisteminə güc düşür və insan güclü şəkildə tərləməyə başlayır.

Spirt içdikdən sonra termorequlyasiya prosesi pozulduğu üçün dehidrasiya öz-özünə baş verir.

Bu zaman güclü intoksikasiya əlamətləri yaranır ki, onun fəsadlarından can qurtarmaq uzun zaman alır.

Ancaq ən təhlükəlisi budur ki, istilik vurması əlamətləri - quru ağız, baş ağrısı, ürək bulanması - alkoqol zəhərlənməsi əlamətləri ilə qarışdırıla bilər.

Bu zaman bədən çox miqdarda spirti yüksək temperaturda və susuzlaşdırma ilə emal edir.

"Bəziləri hesab edirlər ki, az miqdarda spirtli içki sərinləşməyə kömək edir. Bu kifayət qədər səhv fikirdir. Bəli, sərinləmə effekti verir. Ancaq bundan sonra bədən temperaturu yüksəlir və susuzluq hissi yaranır", - deyə həkim bildirib.

O, isti havalarda spirtsiz kompotlar, şirələr və qazlı su içməyi məsləhət görüb.


10726 oxunub

InvestAZ