XƏBƏR LENTİ
23 May 2022
22 May 2022
21 May 2022
21:38



Hərarəti olan abituriyentlər imtahana buraxılacaqmı? – RƏSMİ AÇIQLAMA
Elm 16:28 / 17.07.2020

Yüksək hərarəti olan şəxsləri imtahana buraxmamaqla onun və ətrafındakıların sağlamlığını qorumuş oluruq. Ancaq çalışırıq ki, həkimlərin razılığı olan şəxslər də imtahanda iştirak edə bilsinlər.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, ümumilikdə yoluxucu xəstəliyi olan adamın evdən çıxmağa ixtiyarı yoxdur: "Biz istərdik ki, hamı imtahanda iştirak etsin. Abituriyentin səhhəti imkan verirsə, biz onun imtahan verməsinə şərait yaradırıq, ancaq imtahan zamanı digər abiturientlərin də sağlamlığını qorumalıyıq”.

DİM sədri əlavə edib ki, əvvəlki imtahanlarda yoluxucu xəstəlikləri aşkar edilməyən şəxslərin bir qismi sonradan dəvət olunaraq imtahanda iştirak etdilər, ancaq bunu hər zaman təşkil etmək mümkün olmur.


17981 oxunub

InvestAZ