XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



“Qarabağ” üçün daha bir potensial rəqib
İDMAN 14:19 / 13.07.2020

Azərbaycan çempionu "Qarabağ”ın avrokuboklardakı daha bir mümkün rəqibi bəlli olub.

Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində İsveç klubu ilə də görüşə bilər.

Skandinaviya təmsilçisinin çempionu olan "Yurqorden”in püşk zamanı səpələnməmişlərdən olacağı dəqiqləşib. Buna Polşada çempionun müəyyənləşməsi səbəb olub.

"Legiya”nın öz ölkəsində qızıl medalları təmin etməsi ilə daha iki klubun püşkatmadakı səbəti dəqiqləşib. Kipr "Omoniya”sı da "Legiya” kimi səpələnmişlərə düşüb. Nisbətən aşağı reytinqli "Yurqorden” isə təmsilçimizə artıq ilk raundda rəqib ola bilər. Digər iki komanda I deyil, sonrakı təsnifat mərhələlərində mümkün rəqib sayılacaq.

"Yurqorden” "Qarabağ”ın ilk raunddakı 14-cü mümkün rəqibi olub. Bunlardan 12-si "Buduçnost” (Monteneqro), "Flora” (Estoniya), "Dinamo” (Brest, Belarus), "Riqa” (Latviya), "Konnah” (Uels), "Europa” (Cəbəllütariq), "Klaksvik” (Farer adaları), "Reykyavik” (İslandiya), "KuPS” (Finlandiya), "Sileks” (Şimali Makedoniya), "Floriana” (Malta) və İsveç çempionu püşkə konkret rəqib kimi qatılacaq. "Linfild” (Şimali İrlandiya) və "Tre Fiore” (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir.

Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələsinin püşkü avqustun 9-da atılacaq


7326 oxunub

InvestAZ