XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022



“Neftçi”də yeni məşqçi
İDMAN 09:10 / 10.07.2020

"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

Yenises.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək.

47 yaşlı mütəxəssislə bir il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub.

2018-ci ildə klubun əvəzedici komandasının baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.


7346 oxunub

InvestAZ