XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Qurban Qurbanovun seçimi
İDMAN 16:29 / 08.07.2020

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün futbolçusunu müəyyənləşdirib.

48 yaşlı mütəxəssiskoronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan çempionatın ən yaxşısı adına "Neftçi"nin fransalı hücumçusu Stiven Monrozu layiq görüb.

Baş məşqçinin oğlu, I Divizionda 15 qolla bombardir olmuş Musa Qurbanlı da bu nominasiya üzrə öz seçimini edib. "Qarabağ"ın əsas komandasına da cəlb edilmiş gənc hücumçu "Keşlə"dən paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini fərqləndirib.

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Keşlə"yə məxsus Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə tezliklə aydınlıq gələcək.


7238 oxunub

InvestAZ