XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Alimlər qocalmanın əsas səbəbini müəyyənləşdirdi
Maraqli 15:50 / 08.07.2020

İsveçrənin Bern Universitetinin bir qrup alimi qocalmanın əsas səbəbini müəyyənləşdirib.

Mütəxəssislər hansı hüceyrələrin patoloji prosesdə əhəmiyyətli rol oynadığını aşkar edib. Tədqiqatın nəticələrinə görə, qarın boşluğunda yerləşən viseral yağlar yüngül xroniki iltihaba səbəb olur. Bu müddətdə yaşla əlaqəli xəstəliklərin inkişafı və immunitetin zəifləməsi sürətlənir, bu da yaşlanmaya səbəb olur.

Eyni zamanda, elm adamları patoloji prosesdə əsas rolun xüsusi immun hüceyrələri - eozinofil leykositlərin oynadığını aydınlaşdırıb. Bir qayda olaraq, qan dövranı sistemində iştirak edirlər, lakin mütəxəssislər onları insanlarda və siçanlarda viseral yağ toxumalarında tapıb. Bu hüceyrələr bədənin çoxhüceyrəli parazitlərdən qorunmasını təmin edir, həmçinin eozinofil leykositlər tənəffüs orqanları allergiyasının inkişafına imkan yaradır.

Qeyd edək ki, Almaniyanın Saarland Universitetinin alimləri də qocalmaya səbəb olan əsas mexanizmlərdən birini açıqlamışdı. Tədqiqatçılar kortizol hormonunun və özünəməxsus GILZ zülalının aşağı səviyyədə olması səbəbindən bədəndə xroniki iltihabın inkişaf etdiyini, əsas yaşlanma prosesi kimi qiymətləndirib.


9258 oxunub

InvestAZ