Rusiyanın Komi Respublikasının Sıktıvkar şəhərində heyrətamiz hadisəqeydə alınıb.
"Mash” Telegramkanalının məlumatına görə, Anastasiya atası Nikolayı son dəfə uzun illər əvvəl – altı yaşı olanda görüb.
Hamı kişinin öldüyünü hesab edib, ancaq qız buna inanmaq istəməyib. Ürəyində hər zaman onu görəcəyinə ümid saxlayıb, böyüyəndən sonra isə axtarışlara başlayıb.
Uzun illərdən sonra xoş təsadüf kişini tapmağa kömək edib. Belə ki, yerli saytların birində evsiz şəxsin fotosu dərc olunub. Onun çoxmərtəbəli binanın zirzəmisində yaşadığı, vəziyyətinin pis olduğu yazılıbmış. Könüllülər onun yaxınlarının axtarışına başlayır. İz Anastasiyaya gətirib çıxarır. Məlum olur ki, zirzəminin sakini onun atasıdır.
Maraqlıdır ki, kişinin yaşadığı zirzəmi elə Anastasiyanın evinin yaxınlığında imiş.
Bu günlərdə onlar qovuşublar, qız atasını evə aparıb və onu normal həyata qaytarmağa çalışır.