XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Sürücülərin nəzərinə! Bu ərazilərdə hərəkət məhdudlaşdırılıb
Şou biznes 09:53 / 04.05.2020

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 4 və 5 may tarixlərində Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan "Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Adalet.az-a verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır. Bu üzdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.



7875 oxunub

InvestAZ