XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:51 / 23.04.2020

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 22-də 16,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 14,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 14,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 14,21 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel çoxdur.



8434 oxunub

InvestAZ