XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Koronavirusa görə keçirilməyən imtahanlar üçün yeni qrafik hazırlanacaq
Elm 12:24 / 21.04.2020

Karantin rejimi ilə əlaqədar imtahan qrafiklərində dəyişiklik edilib. Mart və aprel aylarında olan imtahanlar keçirilmədiyi üçün yeni qrafik hazırlanacaq. Bu qrafik 10 gün ərzində ictimaiyyətə təqdim ediləcək.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, mayın 4-dən karantin rejimindən tədricən çıxacacağıq:

"Biz də buna uyğun olaraq, imtahan qrafiki təqdim edəcəyik. Sual verilir ki, imtahan nə zaman olacaq. Bunu dərk etmək lazımdır ki, əsas məqsədimiz sanitar-gigiyena qaydalarına əməl etmək, insanların sağlamlığını qorumaqdır. İmtahan iştirakçılarını təhlükəyə atmamalıyıq”.


11733 oxunub

InvestAZ