XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Azərbaycanda post-pandemiya müddəti üçün zəruri olan bütün iqtisadi ehtiyatlar mövcuddur
İqtisadiyyat 11:46 / 21.04.2020

Post-pandemiya müddətində Azərbaycanın gələcəyi üçün ölkədə bütün zəruri iqtisadi ehtiyatlar mövcuddur. Bundan başqa, dövlət bəzi ikinci dərəcəli layihələrə investisiya vəsaitlərini azalda, bununla da pula qənaət edə bilər.

Bunu Trend-ə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aprelin 17-də videobağlantı formatında keçirilmiş iclasdan sonra aprel və may aylarında 600 min nəfəri birdəfəlik ödəmələrlə təmin etmək qərara alınıb. Növbəti mərhələdə qeyd olunan şəxslərin gələcək məşğulluğunun təmin olunması məqsədilə qeydiyyata alınmaları üçün zəruri materialların toplanması və sistemləşdirilməsi planlaşdırılır:

"Bundan başqa, karantin müddətində DOST mərkəzləri vasitəsilə aprel-may ayları üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılması prosesi işə salınıb. Bu məqsədlə 30 milyon manat ayrılıb. Bu günədək 5 min nəfər işlə təmin edilib. Aprelin 17-də keçirilən görüş zamanı Prezident İlham Əliyev vurğulayıb ki, bu rəqəmi 90 min nəfərədək artırmaq lazımdır”.

R.Atakişiyev bildirib ki, 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb olunmasına başlanıb. Bu məqsəd üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat vəsait ayrılıb. Bu proqrama "Regional inkişaf” İctimai Birliyi fəal dəstək göstərərək ildə 250 ailə cəlb edir:

"Sosial yardım alanların sayı 330 min nəfər təşkil edir. Hər ailə üçün ünvanlı sosial yardımın məbləği 222 manat təşkil edir. Dövlət başçısının tapşırığına əsasən ünvanlı sosial yardımın mexanizmi sadələşdirilir və onun təyin olunması şərtləri yumşaldılır. Bu, daha çox ailənin proqramdan dəstək alacağını təmin edir. Bu, bir daha sübut edir ki, dövlət başçısı aztəminatlı ailələrin sosial rifahının yaxşılaşması üçün zəruri, ardıcıl tədbirlər görür”.

O vurğulayıb ki, ölkədə reallaşdırılan sosial-iqtisadi yardım paketi bir çoxları tərəfindən yüksək qiymətləndirilir və ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinə münasibətdə yüksək humanizmini əks etdirir.



11533 oxunub

InvestAZ