XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Azərbaycan Türkiyədən elektrik avadanlıqları idxalını artırıb
İqtisadiyyat 12:33 / 17.04.2020

2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15,53 faiz artaraq 38,857 milyon dollar təşkil edib.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin martında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2019-cu ilin martı ilə müqayisədə 3,12 faiz azalıb və 13,183 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz azalaraq 2,52 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 5,9 faizini təşkil edib.


8530 oxunub

InvestAZ