XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Azərbaycanda sosial-iqtisadi sahənin inkişafına kapital qoyuluşları artıb
İqtisadiyyat 11:01 / 17.04.2020

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanın sosial-iqtisadi sahəsinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 2,9 milyard manat vəsait yönləndirilib.

Yenises.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Bu vəsaitlərin 69 faizi, və ya 2,02 milyard manatı məhsul istehsalına, 21,1 faizi, və ya 619,7 milyon manatı xidmət sahəsinə, 9,9 faizi, və ya 288,7 milyon manat yaşayış evlərinin tikintisinə xərclənib.

Əsas kapitala yönəlmiş vəsaitin 58,2 faizi, və ya 1,703 milyard manatını daxili fondlar təşkil edir. Vəsaitlərin 57,5 faizi və ya 1,684 milyard manatı birbaşa tikinti-montaj işlərinə xərclənib.

Kapital qoyuluşlarının ümumi həcmində müəssisə və təşkilatların payı 66,9 faiz, büdcə vəsaitlərinin payı 17,7 faiz, qeyri-büdcə vəsaitləri 8 faiz, özəl vəsaitlər 6,4 faiz, bank kreditləri 4,5 fai, digər vəsaitlər 2,7 faiz təşkil edib.


8314 oxunub

InvestAZ