XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



"Microsoft" koronavirusun yayılmasına qarşı mübarizə üçün 20 milyon dollar ayıracaq
İqtisadiyyat 09:25 / 10.04.2020

ABŞ-ın Microsoft korporasiyası yeni koronavirusun yayılması ilə mübarizə sahəsində mütəxəssislərə kömək üçün 20 milyon dollar köçürmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında yayımlanan açıqlamada bildirilir.

Sənəddə qeyd olunur ki, səhiyyə sektorunda süni intellektdən istifadəyə dair Microsoft proqramı çərçivəsində vəsait ayrılacaq. Bu məbləğin bir hissəsi "peyvənd, diaqnostika və terapiya vasitələrin işlənməsi" məqsədi ilə yeni koronavirus üzərində araşdırma aparan tədqiqatçılara yardıma xərclənəcək.

Bundan əlavə, şirkət virus haqqında etibarlı məlumatlarının yayılması layihələrini maliyyələşdirmək niyyətindədir.


10795 oxunub

InvestAZ