Türkiyə Superliqasının 23-cü turundakeçirilən "Kasımpaşa” – "Dənizlispor” matçında üzücü hadisəbaş verib.
Matçın ikinci hissəsində oyunu tribunadan izləyən "Kasımpaşa”nın sabiq idman direktoru Nursal Bilgin infarkt keçirib.
O, meydana çıxan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.Oyununbaş hakimi Atili Karaoğlan bu səbəbdəngörüşü dayandırmalı olub.Təcili yardım maşını arenanı tərk edəndən sonra oyun davam etdirilib.
Nursal Bilginə xəstəxanadaürək masajı və süni tənəffüs verillib, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.