XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Kəlbəcərdə cüyür balası tapıldı... – DİN-dən xəbərdarlıq
MƏMLƏKƏT 12:31 / 22.06.2022

İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili İşlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir.

Yenises.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Şöbə rəisi qeyd edib ki, həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir.

"Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır. O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib", - polis mayoru deyib.

Qeyd edək ki, sosial şəbəkədə Kəlbəcər rayonu ərazisində yerli sakinlər tərəfindən cüyür balasının tapılması ilə bağlı videogörüntülər yayılmışdı.(axar.az)


1239 oxunub

InvestAZ