Bərdədə qonşusunu odlu silahla öldürən kişi sonra intihar edib.
Yenises.az Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində baş verib. Kənd sakini 1963-cü il təvəllüdlü Namiq İsmayıl oğlu Hüseynov qonşusu, 1988-ci il təvəllüdlü Anar Malik oğlu Hüseynovu qətlə yetirib. Daha sonra N.Hüseynov özünə odlu silahdan atəş açaraq intihar edib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.