XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Cəbrayılda mina partladı : - Xəsarət alanlar var
Gündəm 14:00 / 17.06.2022

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi ilə bağlı daha bir məlumat yayıb.

ANAMA-ın Mətbuat Xidməti Yenises.az-a bildirilib ki, bu gün rayon ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan Agentliyin bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.

Qeyd edək ki, iyunin 17-də agentliyin əməkdaşı, 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə R.Vəliyev rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olununub. Hazırda vəziyyəti sabitdir.


2626 oxunub

InvestAZ