XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



“Ziya Paşa Büyük Ödül”ü azərbaycanlı şairə təqdim olundu
MƏDƏNİYYƏT 17:22 / 14.06.2022


09-11 iyun tarixində İstanbul şəhərindəki  Atatürk Kültur Mərkəzində Türkiyə Kültür və Turizm Bakanlığının və Türkiyə Yazarlar Birliyinin birgə təşkil etdiyi "Türkcənin 14-cü Uluslararası şeir şöləni" adlı beynəlxalq miqyaslı tədbir keçirilmişdir.
Tədbirdə qardaş Türkiyəni təmsil edən şairlər, eləcə də Azərbaycanı,Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı, Türkmənistanı, DoğuTürküstanı, Kipri, İranı, İrakı, Bolqarıstanı, Kosovanı, Makedoniyanı, Üsküpü, Bosnanı, Yunanıstanı, Başqırdıstanı, Tatarıstanı təmsil edən şairlər iştirak etmişlər.Tədbirdə ölkəmizi Əhməd Cavad mükafatı laureatı,Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı və Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı təmsil etmişlər.
Uluslararası şeir şöləninin açılış mərasimində TC başkanı sayın Receb Tayyib Erdoğanın təbrik məktubu oxunmuş, Türkiyə Yazarlar Birliyinin başqanı Prof.dr. Musa Kazım Arıcan, Türkiyə Kültür və Turizm Bakanının müavini Əhmet Misbah Dəmircan, Türkçənin Uluslararası Şeir Şöləni Daimi Heyət başqanı D.Mehmet Doğan və şair Ramiz Qusarçaylı çıxış etmişlər. 
Şeir şöləni Türkiyənin İstiqlal şairi Mehmet Akif Ərsoyun, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin, eləcə də Ziya Paşanın, Nəcip Fazilin, Yunus Əmrənin, Əhməd Hamdi Tanpınarın, Sezai Karakoçun, Cahit Zarifoğlunun və Bakinin adına düzənlənmiş şeir fəsilləri ilə fəaliyyət göstərmiş, "İstanbulun şeiri, şeirin İstanbulu”,"Ədəbiyyat dərgiləri və şeir” və "Şeir və dijital məcra” adlı məsələlərlə bağlı müzakirələrlə işini davam etmişdir.  
  Şeir şöləninin bağlanış mərasimində şair və yazıçılara iştirak bəratları təqdim olunmuş, qaliblər isə ödüllərlə təltif olunmuşlar. Fərəhli haldır ki, "Ziya Paşa Büyük Ödül”ünə ölkəmizi təmsil edən "Vətən” poemasının və "Azərbaycan bayrağı”  şeirinin müəllifi şair  Ramiz Qusarçaylı layiq görülmüşdür.

3993 oxunub

InvestAZ