XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



KƏRAMƏT :- Əlisəmid Kürün bəhanələri
Maraqli 09:32 / 24.05.2022

Üçümüzük-Murad (Köhnəqala), Əlisəmid (Kür) və mən ..təklif etdim ki, bir nəfəri də çağıraq, yaxşıca yeyib-içək. Murad yaxasını kənara çəkdi ki..kimi istəyirsiz çağırın Yafəsdən başqa, kababları bir-bir əlləyir, adam iyrənir.
İndi mən təklif edirəm, ad çəkməyəcəm.
--Filankəs
-İndi qaçqınların yeməkxanasına da qalstuk vurub gələcək
-yaxşı, onda filankəs
-qışqıra-qışqıra danışır hamı bizim stola baxır (Murad demiş,halbuki özü hamıdan bərkdən danışır)
--yaxşı da filankəs..
--(kikirləşir) çox şəkil çəkdirir e..
Əlisəmidin cavablarına gülə-gülə üçümüz oturub yeyib-içirik.
Sizə də nuş olsun.

3722 oxunub

InvestAZ