XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ
HÜQUQ 21:26 / 21.05.2022

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində problem yaranıb.

Yenises.az apa-ya istinadən xəbər verir ki, ilkin müayinədən sonra sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


1346 oxunub

InvestAZ