XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



KƏRAMƏT : - MƏN SƏNİN SEVGİNDƏN YURDDIŞI EDİLMİŞƏM
Ədəbiyyat 13:20 / 21.05.2022

Qəlbimdə siyasi sığınacaq
vernişəm sənə
özümə yer tapmasam da
İş elanlarının yağmuru altında
əlimdə Qırmızı diplom
özümə iş tapmasam da.
əlin əldışı olub
dilin dildışı
gəlib uçuracaqlar
zibilliyin yanında
tikmək istədiyin gecəqondunu
Hövsanda kirayə ev gəzərsən
yorularsa.n...altı yaşlı qızınla
sahildə qumdan ev tikərsən
evcik-evcik oynarsan
Dənizə qoşulub
nəğmə pıçıldayarsan
dəniz sənə deyər ki
sahili aşıb gedər
dənizin nəğmələri
sığmır ölkəsinin sərhədlərinə
yurdundan böyükdü
sınırdışı olunan nəğmələr.

4297 oxunub

InvestAZ