XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Gülnar Ümid.:-Qoyma
Ədəbiyyat 17:42 / 20.05.2022

Gözünü gözümdən çəkib,
İntihar etməyə qoyma.
Gedəndə yola salmaq dərd,
Gələndə getməyə qoyma!
Nə ağrıdı kürəyimdə,
Qəm ağlıyır ürəyimdə,
Yaşamaqsan gərəyimdə,
Səni itirməyə qoyma!
Canımdan gəl, can al qopar,
Damarımdan qan al apar,
Saçlarımdan sığal apar,
Dəni gətirməyə qoyma!
Eşqimdən kal dərmə məni,
Özgəyə göndərmə məni,
Əhdimdən döndərmə məni,
Günahdı,etməyə qoyma!
Bütün suallarda azım,
Sən adlı cavablar yazım,
Sonluğa sonsuzsan yazım,
Deyim,bitirməyə qoyma!


3375 oxunub

InvestAZ