XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Aida Adıgözəl :- Laübalıq
Ədəbiyyat 08:41 / 20.05.2022

Sənə demişdimmi, səni itirsəm,
səndən bir də olmaz, heç vaxt tapmaram?!
Səsin qulağımdan kəsilsə əgər,
yer üzü qarışsa, dünya dağılsa
ən şirin səsə də dönüb baxmaram.
Cəhənnəmə olsun bütün qaydalar,
unut qayğıları, pul, para, nə var!
Gəl, süfrə açmışam sənə könlümdə,
burda can dərmanı, ağrına məlhəm,
gəlsən unudarsan, nə ki yara var...
Unut proqnozu, yağış, külək var,
tüpür təyyarəyə, tüpür qatara!
Tax qanadlarını, havalansana,
çayını süzmüşəm, qənd də salmışam,
qoşul bəri gələn ac buludlara...
Ya mən sənə gəlim, gedək gizlicə,
yenə həmin evə, həmin otağa.
Cəhənnəmə olsun bütün qonşular,
ağız torba deyil tikib büzəsən,
hamsı bir tükünə qurban, sadağa.
Anam da deyinir dodağı altda, -
bu saçı ağarmış qadına bir bax...
Yazır arsız kimi alıb qələmi, -
dodağım bal süzüb, canımsa bəhməz,
gəl də, bu qaymağın dadına bir bax ...
...Bax, yenə tutuşdu sönmüş tonqalım
canımda nə qədər od qaladımsa...
Yenə aldı getdi məni tənhalıq,
bayquşlar yığıldı könül damıma,
gecə yalquzaqtək nə uladımsa...


3766 oxunub

InvestAZ