XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



KƏRAMƏT : - YARADICILIQ NƏDİR və yaxud
YAZARLAR 08:28 / 19.05.2022

İVAN FYODROVİÇ, SİZ NƏ DÜŞÜNÜRSÜNÜZ?
Sualıyla qarşılaşır, təbii olaraq, bütün yaradıcılar. Nə qədər istəsən cavabı var, zamana uyğun olaraq cavablar da dəyişir. Cavablar dəyişməyibsə, deməli , yaradıcılıq öz missiyasını-enerjisini, yenilənməsini, hərəkətvericiliyini tükədib, itirib. Belə deyək; Danışır, amma heç nə ifadə etmir. Öyrəşdirilmiş, duyğu və düşüncələrin "əhilləşdirildiyi" müəyyən vaxt zolaqları da qaçılmazdı və tarixi gerçəklikdi. Belə ətalətli dövrdə də daxili proses gedir, həyat öz xaotik boşıuğunda -bətnində dünyaya gətirəcəyi körpəni bəsləyir. Yunan mifologiyasnda Tanrı olduğu kimi Tanrıça da var, QAYA (uzun tələffüzlü) adlanırdı- (İmperator-İmperatoriça kimi).
Dünya tarixində, indiki halda ədəbiyyat, bizə təqdim olunan, əzbərlətdirilən, beynimizə yeridilən SİMALARIN mütləq çoxluğu yaradıcı deyil, səlnaməçi, həmin dövrdə əfsanələrin, hakim ideologiyanın bəzək-düzəkçiləridi. Diksinməyin, belədir !
8 nəfəri sıraya düzmüşdülər, güllələnməliydilər, son anda əfv fərmanı gəlir. Bunlardan biri Dostoyevski, biri də böyük qardaşıydı. Niyə xatırladım və sizə xatırlatdım? Bir əsərini (adını indi xatırlamıram) yazmadan öncə deyir ki, mən bu hadisə haqqında oxuyub-öyrəndiyimdən çox-çox düşündüm. Tarix də düşünür...
--İvan Fyodroviç, siz həmin güllələnmə sırasında nə düşünürdünüz?-tələbəlikdən üzü bəri bu sualıma cavab ala bilmirəm. Mətləbdən uzaqlaşdıq bir qədər, deyəsən.
Sual dəyişmir, cavablar dəyişir. "Nədən?"i də o ki, biz o böyük ? işarəsinin içindəyik. Bir dəfə bu suala belə cavab vermişdim ki, vaxtın insanda səslənməsidir yaradıcılıq. Ya da buna bənzər bir fikir , Şair dostum Sərvaz Hüseynoğluya söhbətimizdə.
İndisə, hələlik, belə deyə bilərəm:
YARADICILIQ- YAŞANMIŞ HƏYATI-OXUNMUŞ KİTABI YENİDƏN YAZMAQDI.
Heç də Allahın lütfü deyil, qazandığın əzablı imtiyazdır.

5838 oxunub

InvestAZ