XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Rasim Balayev açıqlama verdi
MƏDƏNİYYƏT 13:54 / 17.05.2022

Mərhum Rüstəm İbrahimbəyovun vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədrliyinə namizəd göstərilən xalq artisti Rasim Balayevlə bağlı səsvermə tarixi müəyyənləşib.

Yenises.az xəbər  verir ki,,  Rasim Balayev Teleqraf.com-a açıqlamasında səsvermənin mayın 31-də baş tutacağını bildirib.

"İdarə heyətinin ümumi iclası namizədliyimi təklif edib. Səsvermə mayın 31-də olacaq. 23 il ittifaqın katibi işləmişəm. Bu gün oraya sükut çöküb, əlaqələr qırılıb. Buna pandemiya da təsir etdi. Səsvermədən sonra nə edəcəyimizi düşünəcəyəm", - o qeyd edib.


4359 oxunub

InvestAZ