XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Əbülfət MƏDƏTOĞLU: - QAÇIBDI...
Ədəbiyyat 09:03 / 17.05.2022

Bu gecənin ələyi boş -
Yuxum, ələkdən qaçıbdı...
Xəyalım doğulub sərxoş -
O da, bələkdən qaçıbdı...
Saçını Ay, Ulduz hörən
Bu sevgidi, yoxsa törən?
Mənə gülür, səni görən -
Bu cür mələkdən, qaçıbdı?!
Qan bələnib sağım, solum
Boş görünüb gözə, dolum...
Olub - kəsişibdi yolum -
Canım, fəlkdən qaçıbdı...
İşığın görüb adının
Dəli olduğum Qadının!
Sehrindən - dodaq dadının -
Dilim, kələkdən qaçıbdı!..

1384 oxunub

InvestAZ