Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti davam edir.
Yenises.az xəbər verir ki, dünən muxtar respublikanın rayon və kəndlərinə leysan xarakterli yağış yağıb. Şahbuz rayonunun kəndlərində isə güclü dolu müşahidə olunub.
Dolu təsərrüfatlara və meyvə bağlarına ziyan vurub.