XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



SÖZ SİZİNDİR - Şakir Xanhüseynli
Ədəbiyyat 21:46 / 13.05.2022

Dərə boyu qalxan duman ağ örpəkmi,
A sızqovlar, a bulaqlar, söz sizindir...
Qara bulud gözlərimə pərdə çəkmiş,
A köklərim, a budaqlar, söz sizindir...
Gilə-gilə, muncuq-muncuq alın tərin;
Çox yorulur, düşürsən e lap götürüm...
Bir gözləyin, buz sulardan od götürüm,
Odu keçmiş od-ocaqlar, söz sizindir...
Kimdir belə qorxu gəlir, göz ağardır,
Qarşımdakı qapı bağlı, kim açardır...
Soruşuram: bir canımız neçə candır,
Nə deyir bu axar-baxar, söz sizindir...
Ay ürəyim, çıx qəfəsdən gəl bir hovur,
Kövrəlməyin at daşını, sən bir ovun...
Ruzimizdir xırman-xırman dən bir ovuc,
A sünbüllər, a başaqlar, söz sizindir...
Gündüzlər də yatıb elə gecələsək,
Ruzgarımız qəlbimizcə çətin əsə...
İndimizin qulağına deyin nəsə,
Bundan sonra olacaqlar, söz sizindir!
Dərə boyu qalxan duman ağ örpəkmi,
A sızqovlar, a bulaqlar, söz sizindir...
Qara bulud gözlərimə pərdə çəkmiş,
A köklərim, a budaqlar, söz sizindir...
Gilə-gilə, muncuq-muncuq alın tərin;
Çox yorulur, düşürsən e lap götürüm...
Bir gözləyin, buz sulardan od götürüm,
Odu keçmiş od-ocaqlar, söz sizindir...
Kimdir belə qorxu gəlir, göz ağardır,
Qarşımdakı qapı bağlı, kim açardır...
Soruşuram: bir canımız neçə candır,
Nə deyir bu axar-baxar, söz sizindir...
Ay ürəyim, çıx qəfəsdən gəl bir hovur,
Kövrəlməyin at daşını, sən bir ovun...
Ruzimizdir xırman-xırman dən bir ovuc,
A sünbüllər, a başaqlar, söz sizindir...
Gündüzlər də yatıb elə gecələsək,
Ruzgarımız qəlbimizcə çətin əsə...
İndimizin qulağına deyin nəsə,
Bundan sonra olacaqlar, söz sizindir!

1323 oxunub

InvestAZ