XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



İcra başçısı şəhid anasının evini sökdürdü - Video
Gündəm 18:53 / 13.05.2022

Sabunçu rayonunun icra başçısı Adil Vəliyev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, "İgidliyə görə” və "Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlının Sabunçu rayonunda tikdirdiyi evi sökdürüb.

Yenises.az  Axar.az-a  istinadla  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Şəhid anası bildirib ki, ona bağışlanan torpaqda tikmək istədiyi ev uçurulub:

"Məndən 3 min manat pul istədilər, vermədim deyə sökdülər. Mənə xəsarət yetirdilər".

Sabunçu Rayon İcra Hakimiyyətindən saytımıza verilən məlumata görə, hazırda İH-nin bütün işçiləri iclasdadır. Ona görə də bununla bağlı heç bir məlumat verə bilmirlər.

Ətraflı videoda:


1523 oxunub

InvestAZ