XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



Əmiraslanov vəzifədən çıxarılmasından danışdı
MƏDƏNİYYƏT 12:13 / 13.05.2022

Bu barədə heç bir şərh verməyəcəyəm. Milli Kulinariya Mərkəzi Dövlət Turizm Agentliyinin tabeliyindədir və bütün məlumatları oradan öyrənin.

Yenises.az xəbər verir ki, bunu Report-a açıqlamasında Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin direktoru vəzifəsindən çıxarılması barədə danışarkən deyib.

O qeyd edib ki, Milli Kulinariya Assosiasiyasının rəhbəri kimi fəaliyyətini davam etdirəcək:

"Bu vəzifəmdə nə zamana kimi qalacağımı da bilmirəm”.

Dövlət Turizm Agentliyindən isə mövzu ilə bağlı açıqlama veriləcəyi bildirilib.

Xatırladaq ki, Milli Kulinariya Mərkəzinin Baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.


1704 oxunub

InvestAZ