XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



Əlirza HƏSRƏT:- BU İL DƏ GƏLMƏDİ ŞANAPİPİKLƏR
Ədəbiyyat 07:59 / 13.05.2022

Başını dik tutan yerdə tərəzi,
Çarəsiz qalmaz ki hər eşq mərəzi.
Görəsən bizimlə nədir qərəzi,
Bu il də gəlmədi şanapipiklər?!...
Saza bax,hıçqırır pərdə də,xal da,
Belə kim ovudar məni bu halda?
Axır ki gözümü qoydular yolda,
Bu il də gəlmədi şanapipiklər.
Şuşada bürünüb dağlar ağ tülə,
Bir nəğmə payım var burda hər gülə.
Bəlkə könül verib Xarıbülbülə,
Bu il də gəlmədi şanapipiklər.
Bu quş təbiətin mələk hanası,
Bəlkə yad əlində qalıb şanası?!
Nə Yerdə,nə Göydə var nişanası,
Bu il də gəlmədi şanapipiklər.

2150 oxunub

InvestAZ