XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



Xarıbülbül Festivalı artıq bir mədəniyyət bayramına çevrilib - Aqil Abbas
MƏDƏNİYYƏT 12:41 / 12.05.2022

Bu gün işğaldan azad edilən ərazilərimizdə görülən bütün işlər yüksək qiymətləndirilir. Özümüz gedib görülən böyük maştablı işləri görürük. Ağdamda, Füzulidə, Şuşada bərpa quruculuq işləri geniş miqyasda həyata keçirilir.

Bu  fikirləri  Milli Məclisin deputatı Aqil Abbas deyib.

O qeyd edib ki, artıq bu gündən Şuşada növbədi Xarıbülbül Festivalı başlayır:

"Bu böyük bir mədəniyyət bayramıdır. Burada tək Azərbaycan mədəniyyəti deyil, digər ölkələrin mədəniyyətləri də nümayiş olunur. İkinci dəfə keçirilən Xarıbülbül Festivalı artıq bir mədəniyyət bayramına çevrilib”.

Millət vəkili işğaldan azad edilən bütün torpaqlarımızda hər gün yeni bir sosial binanın, təminat obyektinin tikildiyini diqqətə çatdırıb:

"Qısa zamanda sözsüz ki, bu genişlikdə ərazidə hər şeyi qurub yaratmaq qeyri-mümkündür. Buna baxmayaraq tarixi ərazilərimizdə insanların köçüb rahat yaşaması və məşğulluğu üçün vacib işlər görülür. Aqrolizinqlər, aqroparklar, sənayə müəssisələri yaradılır ki, bu da qısa zamanda ora köçürüləcək insanların məşğulluğu üçün mühüm amildir”.

Aqil Abbasa görə, bu gün Qarabağda görülün bərpa quruculuq, mina təmizləmə işlərini Azərbaycan təkbaşına icar edir:

"Əslində dünya birliyi, Avropa dövlətləri, beynəlxalq təşkilatlar bu məsələdə aktiv olmalı idi. Görünür bu məsələdə də ikili standartlar normal münasibətlərin sərgilənməsinə mane olur. Bu, sadəcə olaraq ikiüzlülükdür. Buna baxmayaraq Azərbaycan özü təkbaşına bütün işlərin öhəsindən gəlir. Qısa zamanda Füzulidə beynəlxalq səviyyətli aeroport tikilib istifadə verildi. Bu yaxınlarda ikinci bir aeroportun da tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Artıq Zəngilanda qurulan "Ağıllı kənd” konsepsiyası yekunlaşmaq üzrədir. Bu da o deməkdir ki, qısa zamanda orada yaşamış insanlar öz ata-baba yurdlarına qayıdacaq”.(teleqraf.com)



1589 oxunub

InvestAZ