Parlamentdə özünü doğruldan gənclər var. Adlar çəkmək istəmirəm. Gənclər o zaman özünü tam doğruldacaq ki, doğrudan da, böyük rəqabətdən, siyasi partiyalardakı proseslərdən keçib gəlsinlər. Siyasi debatlarda çıxış etsinlər.
Yenises.az bildirir ki, bu fikirləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev "Unikal”a müsahibəsində deyib.
O bildirib ki, bir çox hallarda kimsə-kiməsə təminat verir, biri digərini təqdim edir:
"Bəzən olur ki, bu baxımdan kadrlar özünü doğrulda bilmir. Siyasi vəzifə tutan şəxslər siyasi proseslərin içindən keçib gəlməlidir.
Milli Məclisin komandası var idi, futbol oynayırdıq. Deputat həmkarlarımızdan biri həmin şəxsi qapının arxasına qoyurdu ki, gedən topları gətirsin. Yəni vaxtilə futbol zamanı "topdaşıyan” adam indi nazir olub. Bəzən deputatları da saymırlar. Dediyim islahatlar aparılsa, belə təsadüfi adamların orada yüksək vəzifələrə təyin olunması mümkün olmayacaq”.