XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



KƏRAMƏT : - BİZ BİRİ-BİRİMİZİ SEVMİRİK...
YAZARLAR 08:26 / 12.05.2022

SADƏCƏ BİRİ-BİRİMİZƏ EHTİYACIMIZ VAR
həqiqət alov kimidir ona don geyindirmək olmur.
...İndi başlayacaqsız Leyli o yandan getdi, Məcnun bu yandan gəldi. Nə bilim ata-anamızı belə sevirik, oğlumuz-qızımız, həyat yoldaşımız, dost, iş yoldaşı..və s.
Özümüzü aldatmayaq..ata-anamıza ehtiyacımız olduğundan onları sevmişik, böyüdükcə sevgimizin boyu azalır, balacalaşır, nəhayətində öz ayaqlarımız üzərində durmağı bacaranda, bizim əlimizdən tutmaq istəyən o şəfqətli əli belə geri itələmişik; daha ona ehtiyacımız olmadığından. Nəyə ehtiyacımız yoxdursa, o, bizə maneəyə-yükə çevrilir, ondan xilas olanda yüngülləşir, dərindən nəfəs alır, digər canlı (hələlik) ehtiyacımıza sarı addımlayırıq. O EHTİYACımızı əldə etmək üçün hansı oyunlardan çıxmırıq ki...həmin ehtiyaca ehtiyacımız olmayanda həmin daxili-xarici bəhanə, dəmir məntiqlə, "haqlı olaraq" atırıq. İndi bildinizmi niyə hamımız ATILMIŞLARIQ?
İnsani dəyərin az-çoxluğu həyatın BU təbi dialektikasını dəyişmir. Siz də belə olun,-demirəm, sadəcə olaraq B E L Ə D İ R.
Deyəcəksiniz ki, bəs ata-analar övladlarını qarşılıqsız sevir. Elə deyil. Aıt düşüncədə onlar kimdir?-Bizim davamçımız, hələ çoxlarımız öz adlarımızı nəvə-nəticələrimizə qoyanda əbədiyyəti qazanmış kimi davranırıq.. "Filankəsin oğlu-qızı"... qürurvericidi...reklamdı, əks-reklamı kim istər ki? "Pis övladın olmasından olmaması yaxşıdır."
Sevginin bir adı da başqa birinə duyulan ehtiyacdı. Əsasən, fiziki, maddi şəkildə ortaya çıxır.
Bəs Eşq, Cəzb.? Fikir və Duyğu axınının toqquşmasıdı; bu enerji axını özünə məcra gəzir, başqa bir enerjiylə üz-üzə gələndə alovlanır, sonra da biri-birində sönür. Vüsal o enerjinin sönən yeridi.
Heyvanlar aləmində də belədir. Hə...yox..sən heyvan deyilsən, əlbəttə, amma fəlsəfi təsbitə görə İNSAN ƏN BÖYÜK HEYVANDIR.
Bütün təbiət hadisələrində eyni halı müşahidə edə bilərsiz.
Bütün bunları qəbullənərək yenə də MƏN SİZİ SEVİRƏM, GÜNƏŞ HAQQI.

2174 oxunub

InvestAZ