XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Azovda yanan gəmidə Azərbaycan vətəndaşları olub? - XİN AÇIQLADI
Maraqli 20:56 / 11.05.2022

Ötən gün Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan Türkiyə gəmisində yanğın baş verib. Yanğının ekipaj tərəfindən söndürüldüyü bildirilirdi.

Yayılan məlumatlara əsasən, Vanuatu bayrağı altında üzən "Aqua” adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan vətəndaşı olan 13 nəfər olub. Hadisə nəticəsində bir nəfər həyatını itirib.

Trend məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxlayıb.

XİN-in Mətbuat xidmətindən bildirilib ki, ilkin məlumatlara görə, sözügedən gəmidə Azərbaycan vətəndaşları olmayıb.


2114 oxunub

InvestAZ