XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Mən bu yaşımda üç arvada necə baxım? - Əhməd Orucoğlu yazır
Maraqli 11:33 / 10.05.2022

Mahmud kişinin bir baltası var idi, bir də qarısı. O, balatası ilə meşədən odun yarıb gətirərdi, satardı, külfətini dolandırardı. Günlərin bir günü Mahmud kişi çayı keçərkən ayağı büdrədi, çaya yıxıldı. Axan çay onun baltasını apardı. Mahmud kişi əlini göyə qaldırıb, Allahdan kömək istədi:

-Allahım, mənim bir baltam var idi. O mənim şörək ağacım idi. Xahiş edirəm baltamı qaytar mənə.

Elə bu vaxt axar çay dayandı, çaydan bir brilyant balta çıxdı. Qeybdən səs gəldi:

-Budurmu sənin baltan?

-Yox, yox, bu mənim baltam deyil.

Sonradan çaydan qızıl balta çıxdı:

-Budurmu sənin baltan?

-Yox, Allahım, bu mənim baltam deyil.

Sonra Mahmudun öz balatası çıxdı.

-Allahım, budur mənim baltam. Sənə minnətdara. Şükürlər olsun sənin böyüklüyünə. Sənə inanmayana lənət. Sən hər şeyə qadirsən.

Qerbsən səs gəldi:

-Mahmud kişi, hər üç baltanı sənə verirəm.

Mahmud kişi Allaha təşəkkür edib, hər üç baltanı götürüb evə gəldi.

Qarısı baltaları görüb sevindi. Brilyant və qızıl baltaları divardan asdı. Bu xöşbəxtlik uzun çəkmədi. Bir gün Mahmud kişinin qarısı çayı keçərkən, axar çay onu apardı. Mahmud kişi bu bədbəxt hadisədən xəbər tutub, əllərini göyə qaldırıb, Allahdan imdad istədi:

-Allahım, sən hər şeyə qadirsən, mənə kömək et. Bir qarım var idi, çayımı, çörəyimi verirdi, onu da çay apardı. Xahiş edirəm, qaytar mənim arvadımı.

Axar çay dayandı, çaydan iyirmi yaşında gözəl-göyçək bir qız çıxdı. Qeybdən səs gəldi:

-Budurmu sənin arvadın?

Mahmud gözəl qızı görüb, bir dodağı əsdi:

-Hə, hə, budur mənim arvadım.

-Hə, Mahmud kişi, mən səni belə bilməzdim.

-Allahım, mən səni yaxşı tanıyıram. Bir azdan çaydan 55 yaşında bir qadın çıxacaq, sonra mənim qarım çıxacaq, hər üçünü mənə verəcəksən. Mən bu yaşımda üç arvada necə baxım? Elə bu gözəli ver mənə aparım.

 


1796 oxunub

InvestAZ