XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Aviareysdə azərbaycanlı öldü
Sağlamlıq 16:34 / 05.05.2022

Bu gün Bakı-Minsk reysi ilə uçan sərnişinlərdən birinin - 1958-ci il təvəlüdlü azərbaycanlının (adı açıqlanmır) halı pisləşib və, o, 2 saatlıq uçuşdan sonra huşunu itirib.

Yenises.az bildirir  ki, bu barədə Report-a Belarusun "Belavia" aviaşirkətindən məlumat verilib.

Bildirilir ki, sərnişin təyyarənin göyərtəsinə yüngül xəstə kimi çatdırılıb.

"Stüardessalar təyyarədə həkim axtarışı ilə bağlı xəbər veriblər. Sərnişinin özünə gəlməsi üçün oksigen və ammonyak verilib. Təlimatlara uyğun hərəkət edən ekipaj təyyarədə fövqəladə vəziyyət yaranması ilə bağlı Samarada təcili eniş edib. Həkimlər gələnə qədər sərnişini stüardessalardan biri müşayiət edib və ona tibbi yardım göstərilib", - aviaşirkətdən bildirilib.

Məlumata görə, Kurumoç Hava Limanına endikdən sonra həkimlər qrupu sərnişinin öldüyünü elan edib:

"Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparılacaq".

Aviaşirkət mərhumun ailələrinə və yaxınlarına başsağlığı verir.


1450 oxunub

InvestAZ