XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Sərxoş bulvarda özünü dənizə atdı
Gündəm 12:33 / 05.05.2022

Mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda sərxoş vəziyyətdə özünü dənizə atan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsin Quba rayon sakini Novruz Novruzov olduğu məlum olub.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.

Araşdırma aparılır.


2911 oxunub

InvestAZ