XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Saxta iş elanlarına görə saxlanılan şəxs şair imiş - YENİLƏNİB
KRİMİNAL 20:54 / 04.05.2022

Dövlət qurumları adından saxta iş elanları verməkdə itiiham edilərək saxlanılan Sərastan Bəşirov Sərəstan Gur kimi tanınan şairdir. 

Yenises.az report-a istinadən xəbər verir ki, onun bir çox şeirləri var.

Sərastan Gur həm də "Aşıq Muşqulat" kimi tanınan Elnur Mahmudovun mahnılarına yazılmış sözlərin müəllifidir.

*** 10:00

Onlayn yolla müxtəlif elan saytlarında iş axtaran vətəndaşlara qarşı dələduzluq edərək onlara mövcud olmayan vakansiyalar təklif edən və bunun müqabilində zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən şəxs saxlanılıb.

Bu barədə Yenises..az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, DİN-ə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanun pozuntularını törətməkdə şübhəli bilinən Sərastan Bəşirov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs saytlarda dövlət qurumlarının adından müxtəlif vakansiyalar üzrə namizədlərin qəbulu barədə saxta elanlar yerləşdirib. Sərastan Bəşirov işlə bağlı onunla əlaqə saxlayan hər bir vətəndaşdan sığorta haqqı adı ilə müxtəlif məbləğlərdə pul vəsaitləri alıb. Bu yolla o, 200-dən artıq şəxsin pulunu ələ keçirərək dələduzluq edib.

Qeyd edək ki, Sərəstan Bəşirov elan saytlarında yerləşdirdiyi mətnlərdə özünü Emin Hüseynov kimi təqdim edib. Aşkar edilən faktlarla bağlı araşdırmalara başlanılıb və Sərastan Bəşirov tutularaq məsuliyyətə cəlb edilib.

"Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumtda bildirilib.


3059 oxunub

InvestAZ